Fransada yanacağın qiymətinin qaldırılması 2019-cu il üçün dondurulacaq

Fransız mətbuatının Yelisey sarayına istinadən yaydığı xəbərlərə görə, daha əvvəl 6 aylığına təxirə salınan yanacaq qiymətinin qaldırılması  gələn il üçün də ləğv edilib.

1101317
Fransada yanacağın qiymətinin qaldırılması 2019-cu il üçün dondurulacaq

  Fransız mətbuatının Yelisey sarayına istinadən yaydığı xəbərlərə görə, daha əvvəl 6 aylığına təxirə salınan yanacaq qiymətinin qaldırılması  gələn il üçün də ləğv edilib.
 
 Baş nazir Eduard Filip (Edouard Philippe) dünən parlamentdə çıxış edərək, yanacaq qiymətlərinə əhalinin alım gücü ilə müqayisədə optimal bir həllin tapılmaması vəziyyətində bahalaşmanı donduracaqlarını bildirmişdi.
 
Filip elektrik enerjisi və qaz tariflərinin də 6 aylığına təxirə salınması ilə bağlı məlumat vermişdi.
 
Ötən il müəyyənləşdirdikləri maliyyə və siyasi strategiyaları müdafiə edən Baş nazir qəbul etdikləri hər bir qərarın maaşların yaxşılaşdırılması istiqamətində olduğuna diqqət çəkmişdi.
 
Eduard Filip, eyni zamanda,  "sarı jiletlilər"in keçirdiyi aksiyalarda zorakılıq hadisələrini heç vaxt qəbul etməyəcəklərini və səbəbkarların cəzalandırılacağını qeyd etmişdi.
 
 Xatırladaq ki,  Fransada yanacağın qiymətinin artırılmasına və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq "sarı jiletlilər" tərəfindən noyabrın 17-də başlayan aksiyalar ölkədə son illərin ən şiddətli etirazına çevrilib.
 
 Adətən şəhər mərkəzlərindəki yüksək kirayə qiymətləri səbəbindən periferiyada yaşayanlardan ibarət olan nümayişçilər Fransa prezidenti Emmanuel Makrondan yanacağa olan vergilərin azaldılmasını və iqtisadi şərtlərin yaxşılaşdırılmasını tələb edirlər.
 
 Son dəfə dekabrın 1-də paytaxt Parisin Yelisey çölləri prospekti (Champs-Elysees)  ətrafında minlərlə insanın iştirak etdiyi aksiyada polisin nümayişçilərə sərt müdaxiləsi, küçələrdə maşınların və zibil konteynerlərinin yandırılması, iş yerlərinin talan edilməsi, qısa fasilələrlə səs bombalarının partladılması və alovların yüksəlməsi şəhərdə xaosun yaranmasına səbəb olmuşdu.
 
Yelisey çölləri prospektindəki bir çox restoran, kafe və mağaza, etirazlar səbəbindən bağlanmış və ətrafa 3- 4 milyon avroluq zərər dəymişdi. 

Ölkənin bir sıra şəhərində keçirilən nümayişlərdə də prospekt və yollar bağlanmışdı.
 
 Aksiyaların başlanmasından bu günə qədər hadisələrdə 3 nəfər həyatını itirib, 222-si polis olmaqla, 1043 nəfər yaralanıb, 1424 nəfər nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr