Jan-Klod Yunkerin “sarı jiletlilər”in nümayişləri səbəbindən Paris səfəri ləğv olundu

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Jan-Klod Yunkerin (Jean-Claude Juncker) bu gün Fransanın paytaxtı Parisə planlaşdırılan səfəri “sarı jiletlilər”in nümayişləri səbəbindən ləğv olundu.

1099896

Aİ Komissiyası mənbələrindən əldə edilən məlumata görə, Yunkerin sabah Fransa Milli Məclisinə müraciəti gözlənilirdi, ancaq Məclisdəki “sarı jiletlilər”lə bağlı iclasa görə həmin proqram ləğv edildi.

Fransa Milli Məclisinə səslənən prezident Emmanuel Makron ilə şam yeməyi və Məclis sədri Richırd Ferrand ilə görüşü planlaşdırılan Yunkerin bu proqramlarının da təxirə salındığı bildirildi.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlilər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Dekabrın 1-də baş tutan etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 2 nəfər həyatını itirib, 1424 nəfər saxlanılıb, 1043 nəfər, o cümlədən 222 polis əməkdaşı yaralanıb.

Әlaqәli Xәbәrlәr