Fransada Milli Məclis və  Senat etiraz aksiyalarını müzakirə edəcək

Fransada Milli Məclis və Senat “sarı jiletlilər”in yanacaq vergilərinin düşürülməsi və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün keçirdiyi etiraz aksiyalarını müzakirə edəcək.

1099849
Fransada Milli Məclis və  Senat etiraz aksiyalarını müzakirə edəcək

Fransada Milli Məclis və Senat “sarı jiletlilər”in yanacaq vergilərinin düşürülməsi və iqtisadi şərtlərin yaxşılaşdırılması üçün keçirdiyi etiraz aksiyalarını müzakirə edəcək.

Baş Nazirliyin mövzuyla bağlı açıqlamasında bildirilib ki, sabah Milli Məclisdə və cümə axşamı günü isə Senatda nümayişlərlə əlaqədar iclaslar keçiriləcək.

Baş nazir Eduard Filippenin (Edouard Philippe) də sabah “sarı jiletlilər”dən nümayəndə heyətini qəbul edəcəyi bildirilib.

Digər tərəfdən İqtisadiyyat naziri Bruno Le Maire “sarı jiletlilər”in istəklərinə cavab vermək üçün vergilərin və  dövlət xərclərinin sürətli şəkildə düşürülməsinin vacibliyini dilə gətirib.

“Sarı jiletlilər”in etirazlarının ölkə iqtisadiyyatına ciddi təsirinin olduğunu vurğulayan nazir müxtəlif sektorların bu vəziyyətdən zərər çəkdiyini söyləyib.

Digər tərəfdən Baş nazir Filippe prezident Emmanuel Makronun (Emmanuel Macron) təlimatı ilə aralarında ifrat sağçı Milli Birlik Partiyasının lideri Marine Le Pen və ifrat solçu İtaət Etməyən Fransa Hərəkatının lideri Jan-Luk Melenkonun da olduğu müxalifət partiyalarının liderlərilə görüş keçirir.

Müxalifət partiyaları hökuməti nümayişlərdə zorakılığa icazə verərək, “sarı jiletlilər”in qanuniliyinə zərər verməkdə günahlandırmışdı.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlilər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Dekabrın 1-də baş tutan etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 2 nəfər həyatını itirib, 1424 nəfər saxlanılıb, 1043 nəfər, o cümlədən 222 polis əməkdaşı yaralanıb.



Әlaqәli Xәbәrlәr