Buteflika Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə niyə görüşmədi?

Əlcəzairin prezidenti Əbdüləziz Buteflikanın keçirdiyi ağır qrip səbəbilə ölkəsini ziyarət edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşmədiyi bildirilib.

1099954
Buteflika Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə niyə görüşmədi?

  Əlcəzairin prezidenti Əbduləziz Buteflikanın keçirdiyi ağır qrip səbəbilə ölkəsini ziyarət edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə görüşmədiyi bildirilib.
 
Əlcəzair Prezident Sarayından edilən yazılı açıqlamada, "Buteflika keçirdiyi ağır qrip səbəbiylə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ilə planlaşdırılan görüşünü reallaşdırmadı" deyilib.

Açıqlamada həmçinin ibn Salmanın prezident Buteflikaya şəfa dilədiyi qeyd edilib.

 Xatırladaq ki, oktyabrın 2-də nikah proseduru ilə bağlı ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedən Səudiyyə jurnalisti Camal Xaşoqçi burada vəhşicəsinə öldürülüb.



Әlaqәli Xәbәrlәr