Makron Baş nazirdən "sarı jiletlilər"in nümayəndə heyəti ilə görüşməyi tələb etdi
Fransa prezidenti Emmanuel Makron Baş nazir Eduard Filippdən (Edouard Philippe) müxalifət partiyalarının liderləri və "sarı jiletlilər"in nümayəndə heyəti ilə görüşməyi tələb etdi.
Fransa prezidenti Emmanuel Makron paytaxr Parisdə "sarı jiletlilər"in ötən gün yanacağın bahalaşdırılmasına etiraz etdikləri Şarl de Qoll meydanına getdi.
Meydanının ətrafındakı küçələri də gəzən Makron nümayişlərdə çıxan hadisələrdə dəyən zərər haqqında məlumatlandırıldı.
Fransa prezidenti daha sonra Daxili İşlər naziri Kristof Kastaner (Christophe Castaner) və Ekologiya naziri Fransua de Ruginin (François de Rugy) də iştirak etdiyi böhran toplantısına qatılmaq üçün Yelisey sarayına getdi.
Makron toplantıdan sonra Baş nazir Eduard Filippdən (Edouard Philippe) müxalifət partiyalarının liderləri və "sarı jiletlilər"in nümayəndə heyəti ilə görüşməyi tələb etdi.
Fransız mətbuatında çıxan xəbərlərdə Paris meri Ann İdalqonun da (Anne Hidalgo) bu məsələ ilə bağlı Baş nazirlə görüşmək istədiyi bildirildi.
İdalqo hökuməti etiraz aksiyalarındakı təhlükəsizlik məsələləri ilə əlaqədar onunla görüşmədiyi üçün tənqid etmişdi.
Qeyd edək ki, Fransada "sarı jiletlilər" adı altında təşkilatlanan nümayişçilər noyabrın 17-dən etibarən maye yanacağın bahalaşdırılmasına etiraz etmək üçün küçələrə tökülüb. Etirazlar hazırda Makron və hökumətinə qarşı daha geniş miqyaslı tələblərlə üsyana çevrilib.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.