Bu dəfə Hollandiya “sarı jiletlilər”i qalxdı

Fransada yanacaq qiymətlərinin artmasına etiraz edən "sarı jiletlilər" hərəkati Hollandiyaya da sıçradı.

1098837
Bu dəfə Hollandiya “sarı jiletlilər”i qalxdı
hollanda sari yelekliler2.jpg
hollanda sari yelekliler1.jpg

  Sosial media üzərindən edilən çağırışlarla Haaqa, Niymeqen (Nijmegen), Maastrixt, Alkmaar, Leyuarden (Leeuwarden) və Qroninqen (Groningen) şəhərlərində sarı jiletlilər hökumət əleyhinə etirazlar təşkil edib.

  Haaqadakı Hollandiya parlamentinin qarşısında baş tutan aksiyada 200 “sarı jiletli” iştirak edib.

  Mitinqə icazə alınmadığı üçün polis nümayişçiləri Malieveld meydanına istiqamətləndirib. Bir qrup gedib, digər qrup isə meydana getmək istəmədiklərini bildirərək parlament ətrafında yürüş edib.

  Polis parlament qarşısını tərk etməyən nümayişçilərə xəbərdarlıq edərək göstərilən meydana getməyənlərdən sarı jiletlərini çıxaraq etiraza son qoymalarını, əks təqdirdə, barələrində nəzarətə alınacaqlarını bildirib.

  Meydana getmək istəməyən nümayişçilər jiletlərini çıxararaq mitinqə son qoyub.

  Qeyd edək ki, Fransada "sarı jiletlilər" adı altında təşkilatlanan nümayişçilər son bir ildə dizel yanacağının qiymətlərinin 20 faizdən çox artmasıyla əlaqədar neçə müddətdir mitinqlər keçirir.

  “Sarı jiletlilər”in etirazı 30 noyabrda Belçikaya sıçradı və hadisələr çıxdı.



Әlaqәli Xәbәrlәr