Jan Klod Yunker vә  Donald Tusk  birgә mәtbuat konfransı keçirdilәr

Avropa İttifaqı Şurasının sәdri Donald Tusk G-20 sammitindә iştirak etmәk üçün sәfәr etdiyi Argentinada Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlә birgә mәtbuat konfransı keçirib.

1098296

Mәtbuat konfransında çıxış edәn Donald Tusk Brexit sazişi vә Ukrayna ilә Rusiya arasında yaşanan gәrginliyә toxunub.

‘‘Azov  dәnizindә Ukrayna ilә Rusiya arasında yaşanan gәrginliyә görә narahatıq’’,-deyә Avropa İttifaqı Şurasının sәdri Donald Tusk söylәyib.

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker isә öz növbәsindә  Brüssel ilә İtaliya arasındakı büdcә mәsәlәsini qiymәtlәndirib.

Jan Klod Yunker İtaliya baş naziri Cuzeppe Konte ilә görüşdüyünü bildirәrәk: ‘‘İtaliya ilә hәmrәyliyimiz davam edәcәk’’ deyib.

Әlaqәli Xәbәrlәr