“Sarı jiletlilər”in etirazı Fransadan Brüsselə sıçradı

Avropa İttifaqı (Aİ) və NATO kimi qurumlara ev sahibliyi edən Belçikanın paytaxtı Brüsseldə "sarı yeləklilər”in etirazları başlayıb.

1098287
“Sarı jiletlilər”in etirazı Fransadan Brüsselə sıçradı
bruksel.JPG
bruksel.JPG

   Sosial media üzərindən edilən çağırışlar hesabına Brüssel şəhərinin müxtəlif nöqtələrində minlərlə sarı jiletli etiraz aksiyası keçirib.

  Yanacaq qiymətlərinin artması və hökumətin iqtisadi siyasətinə etiraz edən yüzlərlə nümayişçi şəhərin mərkəzindəki “Avenue des Arts” bulvarında polislə qarşı-qarşıya gəlib.

  Polis təzyiqli su ilə etirazçılara müdaxilə edib. Nümayişçilər hökumət əleyhinə şüarlar atıb. Məşəllər yandıran və səs bombaları partladan sarı jiletlilər polisin yaxınlaşmaması üçün barrikadalar qurmağa çalışıb. Etirazlara görə ictimai nəqliyyat və avtobillərin hərəkətində axsamalar baş verib. Brüsseldəki əsas yollar da iflic olub.

  Fransada "sarı jiletlilər" adı altında təşkilatlanan nümayişçilər son bir ildə dizel yanacağı qiymətlərinin 20 faizdən çox artması ilə bağlı günlərdir ölkədə mitinqlər təşkil edir.

  Noyabrın 30-da isə ilk dəfə olaraq “sarı jiletlilər”in etirazı Brüsselə sıçradı.



Әlaqәli Xәbәrlәr