İtaliya polisi mafiya əməliyyatlarında 30-dan çox adamı tutdu

Ölkənin xəbər agentlikləri və qəzetlərində yer alan məlumatlara görə, bu əməliyyatlar bölgədə son illər mafiya təşkilatlarına qarşı ən böyük əməliyyatlar sayılır.

1098274
İtaliya polisi mafiya əməliyyatlarında 30-dan çox adamı tutdu

  İtaliya polis və jandarması ölkənin cənubundakı Foggia şəhərində mafiya təşkilatlarına qarşı başladığı əməliyyatda 30-dan çox adamı nəzarətə götürdü.

  Ölkənin xəbər agentlikləri və qəzetlərində yer alan məlumatlara görə, bu əməliyyatlar bölgədə son illər mafiya təşkilatlarına qarşı ən böyük əməliyyatlar sayılır.

  Polis və jandarma dəstələrinin gecə yarısı başladığı əməliyyatda Moretti - Pellegrino - Lanza və Sinəsi - Francavilla mafiya təşkilatlarının hədəf alındığı bildirilir.

  Nəzarətə alınan adamlar mafiya təşkilatlatçılığı, adam öldürmə və xərac almaqda təqsirləndirilir.

  Polis səlahiyyətliləri nəzarətə alınan 30-dan çox adam arasında Foggia futbol klubunun keçmiş rəhbərləri və bir baş məşqçinin də olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr