İsrail Suriyada tәyyarәsinin vurulması ilә bağlı xәbәrlәri tәkzib edib

Bu barәdәdә İsrail ordusunun mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1097877
İsrail Suriyada tәyyarәsinin vurulması ilә bağlı xәbәrlәri tәkzib edib

İsrail Suriya hava müdafiә sistemlәrinin onlara mәxsus tәyyarәni vurmaları ilә bağlı yayılan xәbәrlәri tәkzib edib.

Bu barәdәdә İsrail ordusunun mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

"İsrailә mәxsus  təyyarənin  vurulması ilә bağlı yayılan xәbәrlәr  reallığı əks etdirmir", - deyə məlumatda bildirilir.

Bundan əlavə İsrail hərbçiləri Suriyada hər hansı bir hava hücumuna qoşulma barədə məlumatları hələ də şərh etməyiblər.

Qeyd edək ki, Suriyanın təhlükəsizlik orqanlarındakı mənbə yerli hava hücumundan müdafiə sistemlərinin cümə axşamı Dәmәşqin  cənubunda yerləşən Әl-Kisva  yaşayış məntəqəsi üzərində İsrailin hərbi təyyarəsininin  vurması barədə mәlumat yaymışdı.


Etiketlәr: #İsrail , #Suriya , #təyyarə

Әlaqәli Xәbәrlәr