Uşaqlar qışın sazağını bayırda keçirəcək

Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu – Yunisef (UNİCEF) Şimali Afrika və Yaxın Şərqdə təxminən 1 milyon uşağın qış aylarını evsiz keçirəcəyi xəbərdarlığını edib.

1096852

  Münaqişələr, insanların evlərini tərk etməsi və işsizlik kimi problemlərin bu bölgələrdə ən çox uşaqları zəlil etdiyini söyləyən UNİCEF-in Şimali Afrika və Yaxın Şərq Region Ölkələri üzrə nümayəndəsi Qeert Kappeler (Geert Cappelaere) qışın sazağında uşaqlara lazımi ev və sığınacaq təmin olunması üçün apardıqları işlərdə ciddi maddi problemlərlə qarşılaşdıqlarını bildirib və 33 milyon dollara ehtiyacları olduqlarını bildirib:

  “Bir milyona yaxın uşaq yağışlı və soyuq qış aylarında çadır və dəlmə-deşik sığınacaqlara girir. Bu uşaqların lazımi istilik almadıqlarından sağlıq problemləri və təhlükəli tənəffüs xəstəliklərilə boğuşur. Pis qidalanma, ərzaq və səhiyyə xidmətləri çatışmazlığı əlil uşaq sayını artırır.

  Yunisef bu qış Suriya, İraq, İordaniya, Livan, Türkiyə və Misirdə 1,3 milyon uşağa qayğı göstərməyi qarşısına məqsəd qoyub.”

Әlaqәli Xәbәrlәr