Moskvada bomba təşvişi

Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzlərinə bomba qoyulması ilə bağlı məlumatlar panikaya səbəb oldu, minlərlə insan ticarət mərkəzlərindən təxliyyə edildi.

1096637
Moskvada bomba təşvişi

Rusiyanın TASS informasiya agentliyinin təhlükəsizlik orqanlarına istinadən yadığı xəbərə görə, Moskvanın Artrium, Tsvetnoy, Kapitoliy, Meqopolis və başqa ticarət mərkəzlərinə (ümumilikdə10 böyük ticarət mərkəzi) bomba qoyulması barədə məlumatlar daxil olub.

Məlumatdan sonra ticarət mərkəzlərində olan minlərlə insan təxliyyə edilib, polis binalarda araşdırmaya start verib.

Rusiyada keçən il sentyabr ayından dekabr ayınadək təxminən 4 min binada aparılan bomba axtarışı səbəbindən 2 milyon 600 mindən çox insan təxliyyə edilmişdi.

 

 



Әlaqәli Xәbәrlәr