24 nəfərlik heyətdən 15-i həbs edildi
Krımda yerləşən Rusiya məhkəməsi Kerç boğazında nəzarət altına alınan Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 7-nin həbs edilməsinə dair qərar verdi.
1096223

Krımda yerləşən Rusiya məhkəməsi Kerç boğazında nəzarət altına alınan Ukrayna hərbi gəmilərinin 24 nəfərlik heyətindən 15-nin həbs edilməsinə dair qərar verdi.
“Ria” agentliyinin məlumatına görə,Krımda yerləşən Rusiya məhkəməsi ölkənin su sərhədlərini qanunsuz şəkildə keçdiyinə görə 15 hərbçi haqqında 2 ay müddətinə həbs qərarı çıxarıb.
Digər hərbçilərin məhkəmə prosesi isə davam edir.
Qeyd edək ki, noyabrın 25-də Rusiyaya məxsus döyüş gəmiləri Ukraynanın Odessa limanından Mariupol limanına doğru üzən 3 Ukrayna döyüş gəmisinə Azov dənizinin Kerç boğazı yaxınlığında müdaxilə edib.