Yaponiya ABŞ-dan daha 100 təyyarə alacaq

Yaponiyanın ABŞ-dan daha 100 ədəd “F-35 xəyalət təyyarəsi” sifariş edəcəyi bildirilib.

1095713
Yaponiya ABŞ-dan daha 100 təyyarə alacaq

Yaponiyanın ABŞ-dan daha 100 ədəd “F-35 xəyalət təyyarəsi” sifariş edəcəyi bildirilib.

“Nikkey Asian Review” qəzetinin xəbərinə görə, Yaponiya Çinin hərbi cəhətdən təşkilatlanmasına cavab olaraq ABŞ-dan köhnəlmiş “F-15”-lərin yerinə daha 100 ədəd “F-35 xəyalət təyyarəsi”  almağı planlaşdırır.

Yaponiya hökumətinin dekabrın ortasında Milli Müdafiə Proqramı sənədini qəbul etdikdən sonra “F-35” qırıcılarının satın alınmasının təsdiq olunacağının gözlənildiyi qeyd edilib.

Yaponiyanın 2019-2023-ci illəri əhatə edən orta müddətli müdafiə proqramı çərçivəsində hazırda 42 ədəd “F-35A” almaq niyyətində olduğu məlumdur.

“F-35A” ilə yanaşı B seriyasını də əhatə etməsi nəzərdə tutulan əlavə 100 təyyarə bir trilyon yeni büdcə tələb edir.

Yaponiyanın inventarında 200-ə yaxın “F-15” təyyarəsi var.

Mütəxəssislər Çinin 2030-ci ilə qədər 5-ci nəsil 250 döyüş təyyarəsindən ibarət donanma yaradacağını gözləyir.

Ölkənin öz istehsalı olan “J-20 xəyalət” qırıcısı var.



Әlaqәli Xәbәrlәr