XI Astana toplantısı 28-29 noyabr tarixlərində

Suriya mövzusunda XI Astana toplantısı 28-29 noyabr tarixlərindədir.

1095708
XI Astana toplantısı 28-29 noyabr tarixlərində

Suriya mövzusunda XI Astana toplantısı 28-29 noyabr tarixlərindədir.

  Atəşkəsin təminatçısı olan ölkələr - Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı XI Astana görüşünün 28-29 noyabr tarixlərində olacağı razılaşdırılıb.

  Toplantıda İdlibdəki atəşkəs, konstitusiya komitəsi və saxlanılanların sərbəst buraxılması mövzuları müstəviyə çıxarılacaq.  

  Görüşdə Suriya hökuməti və müxalifət təmsilçiləri də iştirak edəcək.

  Tərəflər arasında ikili və üçlü görüşlər olacaq.

  Müşahidəçilər isə Birləşmiş Millətlər Təşkilatı və İordaniya nümayəndələridir.

  Bütün tərəflərin bir araya gələcəyi və yekun bəyannaməsinin oxunacağı əsas iclas isə 29 noyabrda nümayəndə heyəti başçılarının iştirakı ilə keçirilən ikitərəfli və üçtərəfli görüşlərdən sonra olacaq.

  Baş sessiyaya qədər hər bir görüş mətbuata qapalı keçiriləcək.

  Türkiyə nümayəndə heyətini Xarici İşlər nazirinin müavini Sedat Önal, İranı Xarici İşlər nazirinin müavini Hüseyn Ənsari və Rusiyanı ölkənin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev təmsil edir.

  Amerika Birləşmiş Ştatları (ABŞ) son iki iclasın heç birinə nümayəndə göndərməyib.

  Suriya hökumətini ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri, hərbi müxalifətini keçmiş Suriya Müvəqqəti Hökumətinin baş naziri Əhməd Tuma təmsil edir.

  Qeyd edək ki, Suriyada atəşkəsin təminatı üçün təşkil edilən Astana toplantılarının birincisi 2017-ci ilin yanvarında keçirilib. Təminatçı ölkələr - Türkiyə, Rusiya və İranın başçılığı ilə Suriya hökuməti və müxalifət nümayəndə heyətləri Astanada 9 dəfə bir araya gəlib. Toplantıların onuncusu son olaraq Rusiyanın Soçi şəhərində olub.  

  Astana görüşləri Suriya böhranına siyasi həll üçün BMT-nin himayəsi altında aparılan prosesə müsbət töhfə verir. Nəticədə təminatçı ölkələr münaqişələrin ən gərgin olduğu sahələri "Gərginliyi azaltma zonası" elan edib. Qarşı tərəflərin tutduğu adamların azad edilməsilə bağlı qrup yaradılıb.



Әlaqәli Xәbәrlәr