Vladimir Putin vә Angela Merkel arasında telefon danışığı olub

Bu barәdә Kremlin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1095472
Vladimir Putin vә Angela Merkel arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin vә Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barәdә Kremlin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, söhbәt zamanı Vladimir Putin bildirib ki,  Ukraynada hәrbi vәziyyәt elan olunduğuna görә narahatam.

Tәәflәrin Kerç Boğazında Rusiya ilә Ukrayna arasında yaşanan gәrginlik sәbәbindәn telefon әlaqәsi saxladıqları bildirilib.

Görüşdә Ukraynanı beynәlxaq hüququ pozmaqda tәqsirlәndirәn  Vladimir Putin deyib: ‘‘Ukraynada hәrbi vәziyyәt elan olunduğuna görә narahatam’’.

Qarşı tәrәfin tәlәbi ilә hәyata keçirilәn telefon danışığında Putin bildirib ki, Ukraynanın  tәlәsik qәrar qәbul etmәsinin qarşısının alınması üçün Almaniyanın  Kiyev rәhbәrliyinә tәsir göstәrәcәyinә ümidvarıq.

Qeyd edək ki, dünən səhər saatlarında Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində iki  Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.

 



Әlaqәli Xәbәrlәr