Ukrayna Məclisi prezident Poroşenkonun fərmanını qəbul etdi

Ukrayna Məclisi prezident Petro Poroşenkonun 30 gün müddətində qüvvədə olacaq hərbi vəziyyət elan edilməsini nəzərdə tutan fərmanını qəbul etdi.

1095505

330 millət vəkilindən 276-nın müsbət səsilə qəbul edilən qərara görə, hərbi  vəziyyət 28 noyabrda yerli vaxtla saat 09:00-da start götürəcək.  

Ölkənin Rusiya və Transdinyesterə olan sərhəd bölgələri daxil, bəzi bölgələrində qüvvədə olacaq hərbi vəziyyətə görə, konstitusiyanın 11 fərqli maddəsindəki əsas haq və azadlıqlara dair məhdudiyyətlər tətbiq edilə biləcək.

Qeyd edək ki, Ukraynanın Odessa limanından Mariupol limanına getmək üçün 25 noyabrda hərəkət edən Ukraynaya məxsus üç döyüş gəmisinə Rusiyanın sahili sularını pozduğuna görə Azov dənizindəki Kerç boğazı yaxınlığında Rusiyaya məxsus döyüş gəmiləri müdaxilə etmişdi.

Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə yığıncaq keçirərək, ölkədə hərbi  vəziyyət elan edilməsinə dair qərarı imzalamışdı.

Әlaqәli Xәbәrlәr