“Problemlərin  həlli mövzusunda səbirli  olmalıyıq” :M Pompeo

“Nüvə və raket sınaqlarından imtina etdiyi müddətcə Şimali Koreya ilə münasibətlərimizi davam etdirəcəyik”: Bunu ABŞ dövlət departamentinin rəhbəri Pompeo deyib.

1095583
“Problemlərin  həlli mövzusunda səbirli  olmalıyıq” :M Pompeo

Yonhap agentliyinin xəbərinə görə Mayk Pompeo bu barədə ölkəsində KFDI radiosuna danışıb. O qeyd edib ki, "Şimali Koreya problemini həll etmək üçün vaxta ehtiyac var,  səbirli olmalıyıq”.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Yanq arasında əldə edilən razılaşmalara da toxunan Dövlət katibi Pompeo, həmin razılaşmaların tərkibindəki əsas maddələrdən birinin iki koreya arasındakı əlaqələr olduğunu deyib.

Pompeonun sözlərinə görə, Seul və Vaşinqton arasında yaradılan çalışma qrupunun əsas vəzifəsi Koreya yarımadasında sülhü bərpa etmək uğrundakı addımların, nüvə silahlardan təmizlənmə prosesinin həyata keçirilməsi səyləriylə birgə atılmasını təmin etməkdir.

Cənubi Koreya ilə əhəmiyyətli bir yola qədəm qoyduq və bunun belə davam edəcəyinə inanmaq istəyirik deyən Dövlət katibi Pompeo, Şimali Koreyanın uzun məsafəli yeni silah sınaq etdiyinə dair xəbərlərin çaşırdıcı olmadığına diqqət çəkib.

Qeyd edək ki, 12 İyunda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Jonq arazında, Şimali Koreyanın nüvə silahlardan təmizlənməsi mövzusunda razılıq əldə edilmişdi. Ancaq son vaxtlarda nüvə silahsızlanma ilə əlaqəli danışıqlar arzu edildiyi kimi davam etdirilə bilmir. Pxenyan rəhbərliyi isə, Mike Pompeo ilə Şimali Koreyanın yüksək seviyyəli bir rəsmisi arasında keçirilməsi planlaşdırılan görüşü ləğv etmişdi.

 



Әlaqәli Xәbәrlәr