İsrail qüvvәlәri 18 fәlәstinlini hәbs etdi

İsrail ordusunda  verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin  müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 18 fәlәstinli  saxlanılıb.

1095717
İsrail qüvvәlәri 18 fәlәstinlini hәbs etdi

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә  18 fәlәstinlini dә hәbs etdi.

İsrail ordusunda  verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin  müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 18 fәlәstinli  saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Tutulan fәlәstinlilәrin dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparıldığı vurğulanıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәri  İsrail hәbsxanalarında 6 min 500  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr