Somalidә partlayış, ölәn var

Mәlumata görә, partlayış minalanmış avtomobil ilә törәdilib.

1095267
Somalidә partlayış, ölәn var

Somalinin paytaxtı Moqadişoda törәdilәn terror aktı nәticәsindә ilkin mәlumatlara әsasәn, altı nәfәr hәlak olub.

Tәcili tibbi yardım briqadasının nümayәndәsi Әhmәd Mәhәmmәd verdiyi açıqlamada paytaxtın qәrbindә yerlәşәn bazarda törәdilәn hücum nәticәsindә 10 nәfәrin dә xәsarәt aldığını deyib.

Mәlumata görә, partlayış minalanmış avtomobil ilә törәdilib.

Әhmәd Mәhәmmәd hücumdan sonra bölgәyә çox sayda polis әmәkdaşının cәlb olunduğunu söylәyib.

Qeyd edәk ki, terror aktına görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr