İsrail polisi fәlәstinlilәrә sәrt müdaxilә edib

Şәrqi Qüdsün Sәlahәddin meydanında  dünәn axşam saatlarında bir araya gәlәn onlarla fәlәstinli etiraz aksiyası keçirib.

1094752
İsrail polisi fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail polisi  Qüds Valisi Adnan Qaysın saxlanılması ilә әlaqәdar etiraz aksiyası keçirәn fәlәstinlilәrә sәrt müdaxilә edib.

Şәrqi Qüdsün Sәlahәddin meydanında  dünәn axşam saatlarında bir araya gәlәn onlarla fәlәstinli etiraz aksiyası keçirib.

İsrail polisi aksiya zamanı nümayişçilәrә sәs bombası ilә müdaxilә edib.

Mәlumatda müdaxilә zamanı saxlanılan vә ya xәsarәt alanın olmadığı bildirilir.

İsrail polisi Adnan Qaysın Mәscidül-Әqsanın cәnubunda yerlәşәn evinә basqın tәşkil edәrәk onu saxlamışdı.

Fәlәstin hökumәti İsrail qüvvәlәrinin bu addımını qınamışdı.

Qeyd edәk ki,  Şәrqi Qüds Valisi Adnan Qays keçәn ay da İsrail qüvvәlәri tәrәfindәn saxlanılmışdı vә bir neçә gün sonra azad edilmişdi.



Әlaqәli Xәbәrlәr