İslam Əməkdaşlıq Təşkilatı  Əfqanıstan, Pakistan və Nigerdəki hücumları qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstan, Pakistan və Nigerdəki hücumları qınayan açıqlama yaydı.

1094682
İslam Əməkdaşlıq Təşkilatı  Əfqanıstan, Pakistan və Nigerdəki hücumları qınadı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstan, Pakistan və Nigerdəki hücumları qınadı.

Təşkilatın açıqlamasında noyabrın 23-də Əfqanıstanın Host vilayətində bir məsciddə günahsız dinc vətəndaşları hədəf götürən belə dəhşətli hücumların qarşısının alınmasının vacibliyi dilə gətirildi.

Açıqlamada həmçinin, Pakistanın Karaçi şəhərindəki Çin konsulluğuna edilən hücumla Orakzai şəhərində törədilən hücum qınandı və hadisədə əli olanların tutulması üçün istintaq başladılmasınin vacibliyi bildirildi.

İƏT tərəfindən verilən başqa açıqlamada isə 22 noyabrda Nigerin şərqindəki Toumour kəndində yerləşən qaçqın düşərgələrindən birinə Boko Haram təşkilatı tərəfindən törədilən hücuma reaksiya göstərildi.  

Açıqlamada 6 nəfərin həyatını itirdiyi hücum “terror aktı”  kimi qiymətləndirildi.



Әlaqәli Xәbәrlәr