Aİ liderlәri ‘‘Brexit’’i müzakirә edәcәklәr

Zirvә görüşündә ‘‘Brexit’’ müzakirәlәrindә  әldә olunan  irәlilәyişlәr qiymәtlәndirilәcәk.

1094466
Aİ liderlәri ‘‘Brexit’’i müzakirә edәcәklәr

Avropa ittifaqına üzv dövlәtlәrin liderlәri Belçikanın paytaxtı Brüsseldә ‘‘Brexit’’lә bağlı zirvә görüşündә görüşәcәklәr.

Zirvә görüşündә İngiltәrәnin Avropa İttifaqından ayrılmasını  nәzәrdә tutan ‘‘Brexit’’ müzakirәlәrindә  әldә olunan  irәlilәyişlәr qiymәtlәndirilәcәk.

Ayrılma sәnәdindә ‘‘Brexit’’ nәticәsindә yaranan problemlәrә hüquqi aydınlıq gәtirilir.

Qeyd edәk ki,  İngiltərə və İspaniyanın  Cəbəllütariq mәsәlәsi ilә bağlı razılığa gəldiyi mәlum olub. İngiltәrә ilә mәsәlә ilә bağlı razılıq әldә etdiklәrini bildirәn İspaniya Baş naziri Pedro Sançes (Pedro Sanchez) ‘‘Brexit’’ lә bağlı sazişi dәstәklәyәcәklәrini deyib.

Sançezdәn sonra bәyanat verәn İngiltәrә Baş naziri Tereza Mey (Theresa May) bu mәsәlә ilә bağlı  konstruktiv görüş keçirdiklәrini deyib.

İngiltərə Baş naziri bildirib ki, İngiltәrәnin Cəbəllütariqin suverenliyi ilә bağlı mövqeyi dәyişmәyib, dәyişmәyәcәk.

İngiltərə 2019-cu ilin 29 matr tarixindә Avropa İttifaqından ayrılacaq.


Etiketlәr: #Aİ , #Brexit , #İngiltərə

Әlaqәli Xәbәrlәr