Yaponiyada həkimliyə namizəd qadınlara qarşı cinsi diskriminasiya təşəbbüsü olub

Yaponiyada həkimliyə namizəd olan qadın və yaşlıların ballarının qəsdən aşağı salındığı Tokio Tibb Universitetinin akkreditasiyası ləğv edildi.

1093814
Yaponiyada həkimliyə namizəd qadınlara qarşı cinsi diskriminasiya təşəbbüsü olub

 Yaponiyanın NHK yayım qurumu Tibbi Təhsil Akkreditasiya Şurasının idarə heyətinin iclasında qadın və yaşlı namizədlərə qarşı tətbiq etdiyi diskriminasiya səbəbindən Tokio Tibb Universitetinin akkreditasiyasının ləğv edilməsi barəsində qərar qəbul etdiyini bildirdi.
 
 Şura Yaponiyadakı tibb universitetlərinə akkreditasiyanı keyfiyyət, təhsil və idarəçilik dəyərləndirmə sistemi üzərindən verir.
 
 Qiymətləndirmə sisteminin tətbiq olunduğu ötən ildən bu yana şuranın ilk dəfə bir universitetin akkreditasiyasını ləğv etdiyi bildirilir.
 
 Tokio Tibb Universitetində imtahanlarda qadın namizədlərin kənarda tutulması və daha çox kişi həkimlərin olması üçün qiymətlərin illərlə sistematik dəyişdirildiyi müəyyən olunub.
 
 Yaponiya Təhsil Nazirliyi avqust ayında  həkimliyə qadın namizədlərin imtahan nəticələrinin dəyişdirilməsi iddialarından sonra digər tibb fakültələrinə giriş imtahanları ilə bağlı araşdırma başlamışdı.
 
 Nazirlik 81 universitetə göndərilən sual siyahısını, son 6 ildə tibb fakültələrinə giriş imtahanlarında uğurlu olan və fakültələrə qəbul edilən bütün namizədlərin cinsiyyətləri və yaşları ilə bağlı məlumatları tələb etmişdi.
 
 Təhsil Nazirliyi keçən ay ölkədə daha çox tibb fakültəsinin qadın namizədlərin əleyhinə imtahan nəticələrini dəyişdirə biləcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr