İsveç BMT-nin miqrasiya ilә bağlı müqavilәsini imzalayacaq

İsveç hökumәti Birlәşmiş Millәtlәr Tәşkilatının miqrasiya ilә bağlı müqavilәsini imzalayacağını açıqlayıb.

1093750
İsveç BMT-nin miqrasiya ilә bağlı müqavilәsini imzalayacaq

İsveç hökumәti Birlәşmiş Millәtlәr Tәşkilatının miqrasiya ilә bağlı müqavilәsini imzalayacağını açıqlayıb.

Hökumәtin rәsmi internet sәhifәsindәn verilәn mәluımatda İsveçin BMT-nin miqrasiya problemi ilә bağlı hәyata keçirmәk istәdiyi müqavilәni imzalıyacağı bildirilib.

Mәlumatda nizamsız miqrasiyanın qarşısının alınması mәqsәdilә insanların tәhlükәsiz yollarla köç etmәsinin tәmin olunacağı bildirilir.

Mәlumatda hәmçinin köç etmәk mәcburiyyәtindә qalan uşaq, yaşlı vә qadınların qlobal sәviyyәdә tәhlükәsizliyinin tәmin olunacağı vurgulanır.

Qeyd edәk ki,  BMT-nin miqrasiya ilә bağlı müqavilәsini Avstriya, Polşa, Çexiya, Estoniya, Bolqarıstan, Xorvatiya, Amerika Birləşmiş Ştatları, Macarıstan, Avstraliya və İsrail imzalamiyacaqlarını açıqlayıblar.

BMT-nin miqrasiya ilә bağlı müqavilәsindәki  maddәlәr Mәrakәşin paytaxtı Mәrakeşdә 10-11 dekabr tarixlәrindә keçirilәcәk konfransda qәbul edilәcәk.

Müqavilә 2019-cu ilin sentyabr ayında BMT Baş Mәclisindә sәsvermәyә çıxarılacaq.



Әlaqәli Xәbәrlәr