“Dünya məsuliyyət daşıyır”, D.Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Xaşoqçi cinayətilə ilə bağlı suala cavab verib.

1093331
“Dünya məsuliyyət daşıyır”, D.Tramp

ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Xaşoqçi cinayətilə ilə bağlı suala cavabən deyib ki, vəliəhd Məhəmməd bin Salmanı bu cinayətə görə ittiham etmək üçün kifayət qədər dəlil yoxdur. Bin Salman bəlkə də cinayəti öncədən bilirdi, bəlkə də yox... Bəlkə də bütün dünya buna görə məsuliyyət daşımalıdır. Çünki dünya çirkli bir yerdir.

“Bu hadisəyə nifrət edirəm, hadisənin üzərinin örtülmə tərzinə də eləcə. Bunu da dəmək istəyirəm ki, vəliəhd şahzadə bu vəziyyətə məndən daha çox nifrət edir” deyə Tramp vurğulayıb.

Səudiyyə Ərəbıstanın Orta Şərqdə “inanılmaz şəkildə köməklik göstərdiyini” də dilə gətirən Tramp bunu da deyib ki, əgər Səudiyyə Ərəbistanı olmasaydı Orta Şərqdə böyük bir bazamız olmazdı. Bu ölkə olmayacağı təqdirdə İsrail çox ciddi problemlərlə qarşı-qarşıya qalardı.



Әlaqәli Xәbәrlәr