Cenevrәdә Әfqanıstan üzrә nazirlәr konfransı keçirilәcәk

Birlәşmiş Millәtlәr Tәşkilatı İsveçrәnin Cenevrә şәhәrindә Әfqanıstan Konfransının keçirilәcәyini bildirdi.

1093431
Cenevrәdә Әfqanıstan üzrә nazirlәr konfransı keçirilәcәk

Birlәşmiş Millәtlәr Tәşkilatı İsveçrәnin Cenevrә şәhәrindә Әfqanıstan Konfransının keçirilәcәyini bildirdi.

Birlәşmiş Millәtlәr Tәşkilatından verilәn bәyanatda 27-28 noyabr tarixlәrindә BMT-nin Cenevrәdәki qәrargahında Әfqanıstan hökumәtinin inkişaf vә islahatlarla bağlı öhdәliklәrini yenilәyәcәyi qeyd olundu.

Bәyanatda konfransda  beynәlxalq ictimaiyyәtin sülh vә rifah sәylәri çәrçivәsindә Әfqanıstan hökumәti vә xalqı ilә hәmrәyliyini göstәrәcәyi vurğulandı.

Konfransın ilk günündə Әfqanıstandakı problemlәr müzakirәyә çıxarılacaq.

Noyabrın 28-dә isә Әfqanıstan üzrә nazirlәr konfransı keçirilәcәk.

Qeyd edәk ki, Әfqanıstan prezidenti Әşrәf Qani, Әfqanıstan Maliyyә naziri Mәhәmmәd Humayun Kaumi vә BMT nümayәndәlәri konfransdan sonra mәtbuat konfransı keçirәcәklәr.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlunun da konfransa qatılması gözlәnilir.



Әlaqәli Xәbәrlәr