Suriyanın şimal sərhədində nəzarət mərkəzləri istifadəyə veriləcək

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) Suriyanın şimal sərhədi boyunca bir neçə yerdə nəzarət mərkəzi  quracaqlarını bildirib.

1092630
Suriyanın şimal sərhədində nəzarət mərkəzləri istifadəyə veriləcək

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) Türkiyənin Suriyadakı Əsəd rejimindən mənbələnən terror təhdidinə qarşı qanuni narahatlığına görə bu ölkənin şimal sərhədi boyunca bir neçə yerdə nəzarət mərkəzi  quracaqlarını bildirib.

Mattis təşkil etdiyi mətbuat konfransında Bəşər Əsəd Rusiya və İranın dəstəyilə ölkəsində qətliam törətdiyini və ölkəni böldüyünü ifadə edərək, “Türkiyənin Suriya sərhədində yerləşən bir NATO ölkəsi olaraq narahat olmasının müxtəlif səbəbləri var. Bu narahatlıqlarının heç birinə laqeyd deyilik. Suriyanın şimal sərhədi boyunca bir neçə yerdə nəzarət mərkəzi  quracağıq, çünki ən azı bizim fəaliyyət sahəmizdən mənbələnən bir təhdid gördüyümüz zaman Türklərə xəbərdarlıq etmək istəyirik. Həmin mövzu ilə əlaqəli olaraq Türkiyə ilə yaxın əməkdaşlıq edirik” deyə vurğulayıb.

İstifadəyə verəcəkləri nəzarət mərkəzlərinin açıq şəkildə gecə və gündüz görülə biləcəyini qeyd edən Mattis Türk ordusu ilə sərhədin qarşısından əlaqədə olacaqlarını, nazərət mərkəzlərinin açıq şəkildə görüləcəyini deyib.



Әlaqәli Xәbәrlәr