Kaliforniyada yanğın qurbanlarının sayı 83 nəfərə çatıb

Bu barәdә Brutte bölgәsinin şerifi Kori Honea tәrәfindәn verilәn mәlumatda bildirilir.

1092684
Kaliforniyada yanğın qurbanlarının sayı 83 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 83 nəfərə çatıb.

Bu barәdә Brutte bölgәsinin şerifi Kori Honea tәrәfindәn verilәn mәlumatda bildirilir.

Mәlumata әsasәn,  xilasedicilər ərazidə daha iki  nəfərin cəsədini tapıblar. 600  nәfәrin itkin düşdüyünü bildirilir.

Rәsmilәrin mәlumatına görә, alov tәxminәn 13 min 500  tikilini, әsasәn dә yaşayış binalarını mәhv edib.

Bölgәyә çox sayda  yanğınsöndürәnin cәlb olunduğu qeyd olunub.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 60 min hektara yaxınlaşır. 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğın nәticәsindә mәhv olan tikililәr arasında şotlandiyalı aktyor Cerard Butler (Gerard Butler), müğәnni  Mayli Sayrus (Miley Cyrus), aktyor Skot Bayo (Scott Baio), rejissor Qilyermo del Toro (Guillermo del Toro), Kim Kardaşyan (Kim Kardashian), aktrisa  Alisa Milano (Alyssa Milano) vә Rain Vilsonun  (Rainn Wilson) evlәri dә var.



Әlaqәli Xәbәrlәr