Avstraliya Viktoriya parlament seçkilərində türk soylu 5 namizəd yarışır

Avstraliyanın Viktoriya əyalət hökumətini təyin edəcək 24 Noyabr Parlament Seçkilərində türk soylu 5 namizəd yarışır.

1093172
Avstraliya Viktoriya parlament seçkilərində türk soylu 5 namizəd yarışır

    Viktoriya əyalət parlamentini formalaşdıran Ali Məclisin 40, Alt Məclisin isə 88 üzvünü müəyyən edəcək əyalət seçkilərinə təxminən 4 milyon seçici gedəcək.

  Viktoriya Əyaləti İdman, Turizm və Qazi İşləri naziri Hamdi (John) Eren, millət vəkilləri Adəm Kubilay Somyürek, Nazlı (Natalie) Süleyman, keçmiş bələdiyyə sədri Burhan Yiğit, iqtidardakı Fəhlə  Partiyasından keçmiş bələdiyyə sədri Öztürk Yıldız namizəd olub.

  Seçkilərə 15 gün qalmış erkən səsvermə mərkəzlərində türk soylu namizədlər seçiciləriylə görüşüblər.

  Viktoriyanın baş naziri Daniyel Endrüs (Daniel Andrews) hökumətində 4 ildir ki, nazir vəzifəsini daşıyan H.Eren təhsil, səhiyyə, nəqliyyat və təhlükəsizlik kimi sahələrə çox sayda investisiya qoyulmasında böyük rol oynayıb.

  Melburnun (Melbourn) Brimbank Bələdiyyəsi sədrliyindən sonra ötən seçkilərdə Viktoriya Əyalət Parlamentinə seçilən, ilk türk qadın deputat olmağı bacaran Nazlı Süleyman isə St. Albans bölgəsindən ikinci dəfə millət vəkili olmağı hədəfə alıb.

  Şimali Melburndan ikinci dəfə namizəd olan Burhan Yiğit Fəhlə Partiyasının hakimiyyəti dövründə ilk dəfə olaraq müsəlman cəmiyyətlərin işləri üçün təxminən 10 milyon dollarlıq büdcə ayrıldığını bildirib.

  Bələdiyyədə iki dövr bələdiyyə sədri olmaqla 11 il məclis üzvü olan müstəqil namizəd Öztürk Yıldız isə türk soyluları səsverməyə dəvət edərək seçilərsə, təhsil, nəqliyyat, ətraf mühit, yaşlı və gənclərə yönəlik layihələrə dəstək olacağına söz verib.

  Leyboristlər hökumətində bir müddət Kiçik Müəssisələr naziri olan, Viktoriyanın Cənub-Şərq bölgəsi üzrə deputat Adəm Kubilay Somyürek də namizəddir.

  Əgər Viktoriya əyalətinin parlament seçkilərində müxtəlif regionlardan yarışan türk mənşəli namizədlərin hamısı seçilərsə, parlamentdə hazırda 3 olan türk soylu millət vəkili sayı 5 olacaq.

  Ölkənin digər əyalətləri və federal parlamentlərində türk mənşəli vəkil yoxdur.



Әlaqәli Xәbәrlәr