“Avropa ordusu qurmaq üçün cəhd göstərmirik”, F.Moqherini

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqherini (Federica Mogherini) Avropa ordusu qurmaq üçün cəhd göstərmədiklərini söylədi.

1091950

Belçikanın paytaxtı Brüsseldə Aİ üzvü ölkələrin müdafiə nazirlərini bir araya gətirən Aİ Xarici İşlər Şurasından sonra mətbuat konfransı təşkil edən Moqherini İttifaqın müdafiə sahəsində atdığı addımlara toxunaraq bildirdi ki, Aİ-nin müdafiə sahəsində atdığı addımlar NATO-nun əsaslarına uyğundur. İttifaq üzv ölkələrə müdafiə sahəsindəki sərmayə qoyuluşlarının daha səmərəli olması üçün rəhbərlik edir”.  

Aİ-nin hərbi İttifaq olmadığını və heç vaxt belə bir şey olmayacağını da vurğulayan Moqherini “İttifaq daxilində heç kəs Avropa ordusundan bəhs etmir. Üzv ölkələrin bölgədə və dünyada daha çox təhlükəsizlik təmin edən ölkələr olmaları üçün addımlar atırıq” dedi.

Әlaqәli Xәbәrlәr