Mövlud Çavuşoğlu Sivilizasiyalar Alyansının VIII Qlobal Forumunda çıxış edib

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  ekstremizm və qutblәşmә ilә mübarizәnin әhәmiyyәtini vurğulayıb.

1091419
Mövlud Çavuşoğlu Sivilizasiyalar Alyansının VIII Qlobal Forumunda çıxış edib

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  ekstremizm və qutblәşmә ilә mübarizәnin әhәmiyyәtini vurğulayıb.

Mövlud Çavuşoğlu Birlәşmiş Millәtlәr Tәşkilatının Nyu-Yorkdakı qәrargahında keçirilәn Sivilizasiyalar Alyansının  VIII Qlobal Forumunda iştirak edib.

Nazir Mövlud Çavuşoğlı burada etdiyi çıxışında  bütün dünyanın qütblәşmә  vә nifrәtә qarşı davamlı mövqe vә siyasi iradә göstәrmәsinin әhәmiyyәtinә toxunub.

Türkiyәnin Xarici İşlәr naziri qlobal mәnada dialoq vә anlayışın dәstәklәnmәsi  üçün Alyansın daha güclü, aktiv, fәal vә siyasi olaraq mәqsәdәuyğun olmasının vacibliyini qeyd edib.

‘‘Ekstremizmin Avropada bu günәdәk  görünmәmiş sәviyyәlәrә çatmasını tәәssüflә qarşılayırıq’’ deyәn Mövlud Çavuşoğlu ksenofobiya, irqçilik, müsәlmanlara qarşı nifrәtin  miqrasiya vә qaçqın axınlarına paralel olaraq yüksәldiyini söylәyib.

Türkiyәnin yalnız bu gün deyil tarix boyu zülm vә әdalәtsizlikdәn qaçanlara qucaq açan  ölkә olmaqdan qürur duyduğunu qeyd edәn Mövlud Çavuşoğlu: ‘‘Ölkәmizdә özlәrinә yeni ev tapan insanlar ictimaiyyәtimizi zәnginlәşdirdi. Türkiyә bu gün sahibkar vә xirici siyasәtinә uyğun olaraq әn çox qaçqına ev sahibliyi edәn ölkәdir’’ deyә vurğulayıb.

Sivilizasiyalar Alyansına әmәkdaşlıq ilә әlaqәdar çağırış edәn Mövlud Çavuşoğlu deyib: ‘‘Ekstremizm vә qütblәşmә ilә mübarizә etmәk üçün birgә mövqe nümayiş etdirmәliyik. Türkiyә bu istiqamәtdәki sәylәrә dәstәk vermәyә hazırdır’’.



Әlaqәli Xәbәrlәr