Lavrov ABŞ və Çin arasındakı ticarət müharibələrini tənqid etdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ticarət müharibələrinin Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğunu vurğulayıb.

1091765
Lavrov ABŞ və Çin arasındakı ticarət müharibələrini tənqid etdi

  Paytaxt Moskvada Rusiya Beynəlxalq Əlaqələr Şurasına xitabən etdiyi çıxışında qlobal miqyasda Amerika Birləşmiş Ştatları və Çin arasında başlanan ticarət müharibələrini tənqid edən S.Lavrov deyib:

  “ABŞ müstəqil xarici siyasət yürüdən ölkələri rəqib olaraq görür. Bu baxımdan rəsmi Vaşinqtonun Rusiyaya da bu cür addımlar atmağa davam edəcəyini bilirik.

  Amerika və Qərbin diplomatiyanın əsasını və dialoq mədəniyyətini unutduqlarını görürük.

  ABŞ və Çin arasında "ticarət müharibəsi" adlandırılan proses ABŞ-ın iyulda Çindən idxal etdiyi çoxsaylı məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq etməsilə başladı. Çin də qarşılıqlı olaraq ABŞ-dan idxal etdiyi bəzi məhsullara əlavə gömrük vergisi gətirdi.

  Sentyabrın sonunda ABŞ Çindən idxal etdiyi 200 milyard dollarlıq məhsula yenə əlavə gömrük tarifi tətbiq edincə Çin də bu ölkədən idxal etdiyi 60 milyard dollarlıq məhsula bənzər tətbiqi həyata keçirdi.

  Ticarət müharibələri Dünya Ticarət Təşkilatının qaydalarına ziddir, azad ticarət və rəqabət standartlarını pozmaqla qlobal iqtisadi quruluşa zərər verir.”



Әlaqәli Xәbәrlәr