Fransa əlindəki məlumatlara görə sanksiyalar tətbiq edəcəyini açıqladı

Fransanın Xarici İşlər naziri Jan-İv le Drian (Jean-Yves le Drian) ölkəsinin əlində olan məlumatlar çərçivəsində Səudiyyə Ərəbistanına sürətli şəkildə müxtəlif sanksiyalar tətbiq edəcəyini söyləyib.

1091237

Fransanın Xarici İşlər naziri Jan-İv le Drian (Jean-Yves le Drian) Xaşoggi cinayətilə əlaqəli “Europe 1” radiosuna açıqlama verib.

Xaşoggi cinayətinin bütün cəhətlərilə işıqlandırılmasını istədiklərini bildirən Le Drian bunun üçün cinayətin məsullarının ortaya çıxarılmasının vacibliyini dilə gətirib.  

Le Drian bu barədə Almaniya ilə əməkdaşlıq etdiklərini də deyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşoggi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmayıb.

Әlaqәli Xәbәrlәr