Ağ Evin İran-Körfəz Bölgəsi üzrə direktoru istefa etdi

“New York Times” qəzetində yer alan xəbərə görə...

1089947
Ağ Evin İran-Körfəz Bölgəsi üzrə direktoru istefa etdi

  Amerika Birləşmiş Ştatları Ağ Ev Milli Təhlükəsizlik Şurasında İran-Körfəz Bölgəsi üzrə direktor Kirsten Fontenrous (Fontenrose) istefa etdi.

  “New York Times” qəzetində yer alan xəbərə görə, K.Fontenrous 15 noyabrda vəzifəsindən uzaqlaşıb.

  Kristen Fontenrous ABŞ-ın Səudiyyə Ərəbistanı vətəndaşlarına Camal Xaşoggi cinayətilə bağlı sərt sanksiyaların tətbiq olunmasını istəyən ən önəmli adlardan biridir. O, Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın baş müşaviri Suud əl-Kahtaninin adının da sanksiya siyahısına salınmasında rol oynayıb.

  Fontenrousun istefa etməsinin səbəbi açıqlanmayıb. Ağ Ev də mövzu ilə bağlı suallara cavab verməyib.



Әlaqәli Xәbәrlәr