ABŞ BMT-nin "İşğal Altındakı Qolan" qətnamə layihəsinin əleyhinə səs verdi

Amerika Birləşmiş Ştatları İsrailin Qolan təpələrinin işğalını qınayan Birləşmiş Millətlər Təşkilatı  Baş Məclisinin qərarı üçün keçirilən səsvermədə bu il ilk dəfə "yox" dedi.

1089629
ABŞ BMT-nin "İşğal Altındakı Qolan" qətnamə layihəsinin əleyhinə səs verdi

 Qolan təpələrinin İsrail tərəfindən işğal olunmasını qınayan "İşğal Altındakı Qolan" qətnamə layihəsi BMT Baş Məclisinin 3-cü komitəsində səsverməyə çıxarıldı.
 
Qətnamə layihəsi 150 ölkənin dəstəyi ilə qəbul edildi.
 
 2 ölkə qətnaməyə qarşı çıxdı, 14 ölkə bitərəf qaldı.
 
 ABŞ isə əvvəlki illərdə keçirilən səsvermələrdə bitərəf qaldığı halda, bu dəfə İsrail ilə birlikdə layihənin əleyhinə səs verdi.
 
 Avstraliya, Kamerun, Kanada, Fil Dişi Sahili (Cote d'ivoire), Qvatemala, Honduras, Marşal Adaları, Meksika, Mikroneziya, Palau, Panama, Papua-Yeni Qvineya, Ruanda və Toqo bitərəf qalan ölkələr oldular.
 
 İsrailin Qolan təpələrini işğalını qınayan BMT Baş Məclisinin qətnaməsi İsrailin Qolandakı bütün fəaliyyətlərini beynəlxalq hüququn pozulması kimi dəyərləndirir.
 
 Səsvermədən sonra İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon: "İsrail Qolandan çəkilməyəcək, beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir" dedi.
 
 İsrailin nümayəndəsinə cavab verən Suriya rejiminin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə: "Suriya Qolanı ya dinc şəkildə, ya da müharibə yolu ilə geri alacaq" ifadəsini işlətdi.
 
 Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi  Niki Heyli (Nikki Haley)  dünən verdiyi açıklamada BMT qətnaməsinin mənasız və İsrailə qarşı qərəzli olduğunu və tərəfləri sülhə yönləndirməyəcəyini bildirərək: " ABŞ BMT-nin hər il səsverməyə çıxarılan işəyaramaz Qolan təpələri qərarında artıq bitərəf qalmayacaq və bunun əleyhinə səs verəcək" demişdi.



Әlaqәli Xәbәrlәr