Yaponiya Baş naziri Avstraliyaya səfər etdi
Yaponiya Baş naziri Şinzo Abe Avstraliyada II Dünya Müharibəsində Yaponiya hərbi qüvvələrinin bombaladığı Darvin şəhərində müharibə abidəsinə əklil qoydu.
Yaponiya Baş naziri Şinzo Abe Avstraliyaya səfər etdi.
Abe həmkarı Skot Morrison (Scott Morrison) ilə ölkənin şimalındakı Darvinə gedərək, şəhəri ziyarət edən ilk Yaponiya Baş naziri oldu.
Darvindəki müharibə abidəsinə əklil qoyan Abe çıxış edərək, Hind və Sakit okeanlarını birləşdirən Darvinin bu bölgənin rifahı və sabitliyi üçün əhəmiyyətli bir yer olduğunu bildirdi, Morrison ilə bu şəhərdə iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirməyə hazır olduqlarını söylədi.
Baş nazir Yaponiya və Avstraliyanın Cənub-Şərqi Asiyada və Sakit Okeandakı ada ölkələrində dəniz təhlükəsizliyi layihələrinə yardım etmək üçün əməkdaşlıq etmək məsələsində razılıq əldə etdiklərini də sözlərinə əlavə etdi.
Avstraliya Baş naziri Morrison Abenin səfərinin əhəmiyyətini vurğuladı, iki ölkənin Çin dənizinin cənubundakı münaqişələrin həll edilməsində beynəlxalq hüquq çərçivəsində bigə hərəkət edəcəklərini və bölgədə gərginliyi artıracaq hər hansı bir fəaliyyətə sərt şəkildə qarşı çıxacaqlarını dilə gətirdi.
Abe və Morrison Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi məsələsində eyni mövqedə olduqlarını bildirdilər.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 51 mini keçib.