Hindistanda fırtına 10 nәfәrin hәyatına son qoyub

Bu barәdә Hindistan Milli Fəlakət İdarəsinin  rəsmisi Narendra Kumar mәlumat verib.

1089210
Hindistanda fırtına 10 nәfәrin hәyatına son qoyub

Hindistanın cәnubunda tüğyan edәn ‘‘Qara’’ fırtınası nәticәsindә 10 nәfәr hәlak olub.

Bu barәdә Hindistanın Fövqəladə Hallar  İdarəsinin  rəsmisi Narendra Kumar mәlumat verib.

Mәlumata görә, tәbii fәlakәt  Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.

Siklon 10 nəfərin həyatına son qoyub, 80 mindәn çox  insan daha təhlükəsiz əraziyə təxliyyə olunub. Tәbii fәlakәt nәticәsindә çox sayda evә ciddi ziyan dәyib.

Qeyd edək ki, dünəndən ştatın sahilyanı ərazilərində güclü küləklə müşayiət olunan leysan yağışı tüğyan edir. Siklon dünən gecə daha da güclənib. Təbii fəlakət ən çox Naqapattinam, Tiruvarur və Tancor şəhərlərinə zərər vurub. Siklon nəticəsində şəhərlərdə ağaclar kökündən qopub, bəzi yerlərdə elektrik enerjisinin ötürülməsində kəsilmələr baş verib. Ştatın yeddi rayonunda təhsil müəssisələrində dərsləri ləğv edilib.

Xatırladaq ki, Hindistanın Orissa ştatında 1999-cu ildә baş verәn  fırtına nәticәsindә 15 mindәn çox adam hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr