ABŞ Qәrbi Afrika ilә bağlı strategiyasını dәyişdirir

Amerika Birlәşmiş Ştatlarının Müdafiә Nazirliyi (Pentaqon) Qәrbi Afrika ilә bağlı strategiyasını dәyişәcәyini açıqlayıb.

1089005
ABŞ Qәrbi Afrika ilә bağlı strategiyasını dәyişdirir

Amerika Birlәşmiş Ştatlarının Müdafiә Nazirliyi (Pentaqon)  Qәrbi Afrika ilә bağlı strategiyasını dәyişәcәyini açıqlayıb.

ABŞ Müdafiә Narirliyindәn verilәn açıqlamada deyilir: ‘‘Müdafiә Nazirliyi, milli müdafiә mәsәlәlәri  ilә bağlı sәnәdindә müәyyәn edilәn prioritetlәri  dәstәklәmәk üçün ekstremist tәşkilatlarla mübarizә çәrçivәsindә Afrika komandanlığındakı personalın sayını azaldacaq’’.

Mәlumatda ABŞ-ın Afrika Komandanlığındakı әsgәrlәrin sayının 10 faiz azaldacağı vurğulanıb.

Bәyanatda hәmçinin qeyd olunub ki, ekstremist tәşkilatlarla mübarizә  Somali, Cibuti vә Liviya da daxil olmaqla bir çox bölgәdә davam etdirilәcәk.

Qeyd edәk ki, ABŞ-ın Afrikada 7 min 200 әsgәri var.

Pentaqondan mәsәlә ilә bağlı verilәn başqa bәyanatda  isә milli müfadiә strategiyası ilә bağlı sәnәdin Çin vә Rusiya ilә rәqabәt üstünlüyünә  görә tәnzimlәndiyi ifadә olunub.

‘‘Nazirlik  qlobal hәrbi üstünlüyümüzü qorumaq üçün milli müfafiә strategiyasını hәyata keçirәrәk ekstremist tәşkilatlarla mübarizә çәrçivәsindә fәaliyyәt göstәrdiyi ölkәlәrin milli mәnfәәtlәrini vә maraqlarını qoruyaraq sabit yanaşmasını davam etdirir’’,-deyә Pentaqondan verilәn bәyanatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr