ABŞ-da qar yağışı həyatı ifliç edib

Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb. Baş  verən  yol  qəzalarında  5 nəfər  həyatını  itirib

1089093
ABŞ-da qar yağışı həyatı ifliç edib
abd kar firtinasi2.jpg
abd kar firtinasi1.jpg

Nyu-York polisinin rəsmi “Twitter” səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub.

Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur.

Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. 

Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur.

Məlumata  görə  Nyu-York hələ bir neçə gün də qarın əsarətində qalacaq. Daha sonra yağışların yağması proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr