Taliban 40 tәhlükәsizlik xidmәti әmәkdaşını qәtlә yetirib
Farah vilayәtinin rәsmisi Hair Mәhәmmәd Nurzey qәsәbәdәki hәrbi bazaya dünәn hücum tәşkil edәn silahlıların bazadakı silah-sursatı әlә keçirdiyini vurğulayıb.
Taliban silahlılarının Әfqanıstanın qәrbindәki Farah vilayәtinin Bala Buluk qәsәbәsindәki hәrbi bazaya tәşkil etdiyi hücum nәticәsindә 40 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.
Farah vilayәtinin rәsmisi Hair Mәhәmmәd Nurzey qәsәbәdәki hәrbi bazaya dünәn hücum tәşkil edәn silahlıların bazadakı silah-sursatı әlә keçirdiyini vurğulayıb.
Hair Mәhәmmәd Nurzey hәmçinin hәrbi bazanın tәşkilatın nәzarәtinә keçdiyini qeyd edib.
Farah vilayәtinin rәsmisi hücumdan sonra baş verәn qarşıdurmada çox sayda Taliban üzvünün dә öldürüldüyünü bildirib.
Talibandan verilәn açıqlamada isә hücumun tәşkilat ilә әlaqәdә olan altı әsgәrin kömәyi ilә hәyata keçirildiyi iddia olunub.
Әlaqәli Xәbәrlәr

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.