Mayk Pens: ‘‘Donald Tramp  ilә Kim Çen In 2019-cu ilin әvvәlindә görüşәcәk’’

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp vә Şimali Koreya lideri Kim Çen In gәlәn ilin ilk aylarında görüşәcәklәr.

1088600
Mayk Pens: ‘‘Donald Tramp  ilә Kim Çen In 2019-cu ilin әvvәlindә görüşәcәk’’

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp vә Şimali Koreya lideri Kim Çen In gәlәn ilin ilk aylarında görüşәcәklәr.

Zirvә görüşündә Koreya yarımadasının nüvә silahlardan tәmizlәnmәsi mәsәlәsi müzakirә olunacaq.

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) 33-cü Cәnub-Şәrqi Asiya Dövlәtlәri Assosiasiyasının (ASEAN)  zirvә görüşündә iştirak etmәk üçün sәfәr etdiyi Sinqapurda bәyanatlar verib.

Donald Tramp vә Kim Çen In arasında keçirilәcәk zirvә görüşünün 2019-cu ilin ilk aylarında baş tuta bilәcәyini  bildirәn Mayk Pens Amerikanın keçmiş rәhbәrliyinin etdiyi sәhflәri  tәkrar etmәyәcәklәrini vurğulayıb.

Mayk Pens zirvә görüşündә yarımadanın nüvә silahlardan tәmizlәnmәsinin detallarını müzakirә olunacağını qeyd edib.

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp vә Şimali Koreya lideri Kim Çen Inın iyun ayının 12-dә  Sinqapurda keçirdiyi görüşdә Koreya yarımadasının nüvә silahlardan tәmizlәnmәsi, ABŞ vә Şimali Koreya arasındakı münasibәtlәr, yarımadada sülhün tәmin olunması kimi mәsәlәlәr gündәmә gәlmişdi.

Qeuyd edәk ki, Pxenyan rәhbәrliyi  Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi ilә Şimali Koreyanın yüksәk vәzifәli rәsmisi arasında keçәn hәftә keçirilmәsi planlaşdırılan görüşü tәxirә salmışdı.

Şimali Koreya hәmçinin ABŞ-ın ölkәlәrinә qarşı tәtbiq etdiyi sanksiyaları lәğv etmәyәcәyi tәqdirdә nüvә silahlarının sayını artıracaqları ilә bağlı xәbәrdarlıq etmişdi.



Әlaqәli Xәbәrlәr