Avropa Parlamentinə üzv ölkələrin silah satışlarına dair çağırışı

Avropa Parlamentinə üzv ölkələr Səudiyyə Ərəbistanı başda olmaqla Orta Şərqdə toqquşmaların olduğu bölgələrə silah embarqosu və silah satışlarına ciddi nəzarət üçün çağırış edib.

1088110
Avropa Parlamentinə üzv ölkələrin silah satışlarına dair çağırışı

Avropa Parlamentinə üzv ölkələr Səudiyyə Ərəbistanı başda olmaqla Orta Şərqdə toqquşmaların olduğu bölgələrə silah embarqosu və silah satışlarına ciddi nəzarət üçün çağırış edib.

Fransanın Strasburq şəhərində davam edən Avropa Parlamentinin ümumi iclasında Birləşmiş Sol Qrupun (GUE/NGL) alman üzvü Sabina Lösinqin hazırladığı hesabat və mövzuyla əlaqəli qərar layihəsi müzakirə edilərək səsə qoyulub. 

Qərarın lehinə 427, əleyhinə isə 150 səs verilib. 97 üzv isə bitərəf qalıb. Qərarda üzv ölkələrin silah ixracında daha çox şəffaflıq və qaydaların pozulması qarşısında sanksiya mexanizminin işə salınmasının vacibliyi vurğulanıb. Qərarda həmçinin Avropa İttifaqına (Aİ) üzv ölkələrdən ixrac edilən silahların Yəməndəki toqquşmaları artırdığı və həmin səbəbdən Səudiyyə Ərəbistanının başda olduğu koalisiyaya sanksiya tətbiq edilməsi üçün çağırış edilib.

Qərarda o da qeyd olunub ki, Aİ ölkələrinin silah ixracını nizamlayan qaydalara ciddi nəzarəti təmin edəcək təsirli bir mexanizmə ehtiyac var. Üzv ölkələr bu əsasları sistemli şəkildə pozur.

Avropa Parlamentinə üzv ölkələr Almaniya və Hollandiyanın Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq edilməsinə dair qərarının məmnuniyyətlə qarşılandığını bildirərək, bütün üzv ölkələri Koalisiya üzvlərinə həmin şəkildə embarqo tətbiq etməyə çağırdı.

Qeyd edək ki, Aİ silah satışı siyahısında ABŞ-dan sonra ikinci yerdədir. Dünyadakı silahların 27-i faizini istehsal edib satan Aİ bu satışın 40,5 faizini Orta Şərq və Şimali Afrikaya satır.

Silah İxracına dair hesabatda bu satışların 57,9 milyard avro olan böyük bir hissəsinin Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinə reallaşdığı bildirilib.  



Әlaqәli Xәbәrlәr