Ağ Ev-CNN gərginliyi: hadisələrin inkişafı

ABŞ rəhbərliyi  konstitusiyanın 1-ci maddəsini əsas göstərərək heç bir jurnalistin Ağ Evə girmə hüququ olmadığını açıqladı.

1088167
Ağ Ev-CNN gərginliyi: hadisələrin inkişafı

 ABŞ Ədliyyə Nazirliyində işləyən vəkillər CNN televiziya kanalının prezident  Donald Tramp və Ağ Evin 6 yüksək vəzifəli şəxsinə qarşı qaldırdığı iddia ilə bağlı bəyanat yaydılar.

 Vəkillər bəyanatda: "Konstitusiyanın 1-ci maddəsi əsasında heç bir jurnalistin Ağ Evə girmə hüququ yoxdur" ifadəsinə yer verdilər.

 ABŞ Konstitusiyasının 1-ci maddəsi fikir və söz azadlığına vurğu edir.

Bəyanatda Ağ Evə hansı jurnalistin girə biləcəyi ilə bağlı qərarın aparılan intervülər nəticəsində verildiyinə işarə edildi.

Digər tərəfdən, ABŞ-da hökumət tərəfdarı xəbərləri ilə diqqət çəkən FOX xəbər kanalı da CNN-ə dəstək verdiyini açıqladı.

 Qeyd edək ki, CNN televiziya kanalının mətbuat konfransları zamanı verdiyi sərt sualları ilə tanınan müxbiri Cim Akosta (Jim Acosta) Ağ Evə giriş kartının təxirə salınmasından sonra Tramp və Ağ Evin 6 yüksək vəzifəli şəxsi əleyhinə məhkəmə iddiası qaldırıb.

 CNN Ağ Evə giriş kartının təxirə salınmasının Konstitusiyanın 1-ci və 5-ci maddələrinin pozulması halı kimi dəyərləndirir.

 Xatırladaq ki, Ağ Evdə Konqresə seçkilərdən sonra keçirilən mətbuat konfransında Akosta ilə Tramp arasında gərginlik yaşanmışdı. Tramp iclasda jurnalist Akostaya: "CNN sənin kimi əməkdaşı olduğu üçün utanmalıdır. Kobud və bərbad bir insansan" ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr