Kral Abdullah Qәzza mәsәlәsi ilә bağlı Mayk Pompeoya çağırış edib

İordaniya Kralı II Abdullah Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeoya Qәzza zolağına edilәn hücumların dayandırılmasının vacib olduğunu söylәyib.

1087870
Kral Abdullah Qәzza mәsәlәsi ilә bağlı Mayk Pompeoya çağırış edib

İordaniya Kralı II Abdullah Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeoya Qәzza zolağına edilәn hücumların dayandırılmasının vacib olduğunu söylәyib.

İordaniya Kral Divanı  dövlәt katibi Mayk Pompeo ilә çәrşәmbә günü ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gәlәn Kral Abdullahın Qәzza zolağındakı hadisәlәr ilә bağlı keçirdiyi görüşlә bağlı yazılı bәyanat verib.

Bәyanatda  Kral Abdullahın Pompeoya Qәzza zolağına edilәn hücumların dayandırılmasının vacibliyini vurğuladığı vә Fәlәstin xalqının tәhlükәsizliyinin tәmin olunması mәsәlәlәrinin  müzakirә olunduğu qeyd olunub.

Bәyanatda hәmçinin bu vәziyyәtin bölgәdә daha çox gәrginliyә sәbәb olacağını qeyd edәn  Kral Abdullahın İsrail-Fәlәstin münaqişәsinin sona çatması, paytaxtı Şәrqi Qüds olan müstәqil  Fәlәstin dövlәtinin qurulmasını nәzәrdә tutan iki dövlәtli hәllә әsaslanan әdalәtli vә daimi sülhün tәmin olunması üçün beynәlxalq sәylәrin artırılmasının vacibliyini vurğuladığı bildirilib.

Qeyd edәk ki, ABŞ Dövlәt Departamenti dә görüşlә bağlı yazılı bәyanat verib.

Kral Abdullahın Qәzza zolağında  yaşananlar  ilә bağlı ifadәlәrinә yer verilmәyәn açıqlamada dövlәt katibi Mayk Pompeonun  İordaniyada baş verәn  torpaq sürüşmәsi nәticәsindә hәlak olanlar ilә bağlı Kral Abdullaha başsağlığı  verdiyi vә ABŞ-ın İordaniyaya olan dәstәyinin davam edәcәyini qeyd etdiyi bildirilib.

Bәyanatda hәmçinin İordaniya ilә ABŞ arasındakı ikitәrәfli әlaqәlәrin әhәmiyyәtinә toxunulduğu, Mayk Pompeonun  Orta Şәrqdә sülh vә sabitliyin  tәmin edilmәsi üçün göstәrdiyi sәylәrә görә Kral Abdullaha tәşәkkür etdiyi vә regional proseslәr әtrafında fikir mübadilәsinin aparıldığı vurğulanıb.

İsrailin Qәzza zolağına tәşkil etdiyi son hücumları nәticәsindә 7 fәlәstinli şәhid olmuşdu, 25 fәlәstinli isә yaralanmışdı.



Әlaqәli Xәbәrlәr