Fransadan Türkiyə açıqlaması

Fransa Xarici İşlər naziri Jan-İv Le Drianın (Jean-Yves Le Drian) Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti və Türkiyə ilə bağlı açıqlamasının səhv başa düşüldüyü bildirildi.

1087336
Fransadan Türkiyə açıqlaması

Fransa Xarici İşlər naziri Jan-İv Le Drianın (Jean-Yves Le Drian) Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti və Türkiyə ilə bağlı açıqlamasının səhv başa düşüldüyü bildirildi.
 
 "Le Monde" qəzetinin Fransa Xarici İşlər nazirliyinə əsasən yaydığı xəbərdə Le Drianın əslində, Xaşoqçi hadisəsində həqiqəti ortaya qoyacaq məlumatların əlinə keçmədiyini və cinayətə dair faktların Türkiyənin əlində olan səsyazmaları ilə məhdud olmadığını demək istədiyi qeyd edildi.
 
 Prezident Aparatının Xalqla Əlaqələr Şöbəsinin rəhbəri, professor Fəxrəddin Altun Fransanın AFP xəbər agentliyinə Le Drianın Xaşoqçi cinayətinə dair ifadələri ilə bağlı yazılı bəyanat vermişdi.
 
Altun Le Drianın Türkiyənin Xaşoqçi cinayətilə əlaqədar addımları barəsindəki açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirərək: " Le Drianın cənab Rəcəb Tayyib Ərdoğanı siyasi oyunlar oynamaqla ittiham etməsi qəbuledilməzdir" demişdi.
 
Xatırladaq ki, oktyabrın 2-də nikah proseduru ilə bağlı  Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna gedən Camal Xaşoqçi binaya girdikdən sonra boğularaq öldürülüb.



Әlaqәli Xәbәrlәr