İӘT vә ӘDL İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumları qınadı

İslam Әmәkdaşlıq Tәşkilatı (İӘT) vә Әrәb Dövlәtlәri Liqası İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumları qınadı.

1087148
İӘT vә ӘDL İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumları qınadı

İslam Әmәkdaşlıq Tәşkilatı (İӘT) vә Әrәb Dövlәtlәri Liqası İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumları qınadı.

İslam Әmәkdaşlıq Tәşkilatı  İsrail qüvvәlәrinin Qәzzada mülki yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumu qınayib vә İsraili hücumlarını dayandırmağa çağırıb.

Bәyanatda İslam Әmәkdaşlıq Tәşkilatının Baş katibi Yusif  әl-Üseyminin İsrailin  işğal altındakı Qәzzada yaşayan Fәlәstin xalqına qarşı edilәn hәrbi hücumlara görә mәsuliyyәt daşıdığını söylәdiyi  vә beynәlxalq ictimaiyyәtin İsrailә tәzyiq edәrәk atәşkәs ilә bağlı çağırış etmәsinin vacibliyini vurğuladığı bildirilir.

Әrәb Dövlәtlәri Liqasından verilәn bәyanatda isә hücumların qınandığı vә İsrailin hücumlara görә mәsuliyyәt daşıdığı vurğulanıb.

Әrәb Dövlәtlәri Liqasının Baş katibinin müavini Sәid Әbu Әli mәsәlә ilә bağlı verdiyi açıqlamada Fәlәstin xalqının tәhlükәsizliyinin tәmin olunmasının beynәlxalq ictimaiyyәtin vәzifәsi olduğunu qeyd edib.

Mәlumata görә,  bir qrup İsrail əsgəri mülki maşınla Qəzzanın cənubundakı Xan Yunisin 3 km qədər mərkəzinə daxil oldu və briqada komandanlarından Nur Bərəkəyə sui-qəsd həyata keçirildi. İsrail əsgərlərinin bölgəyə sızmasının məlum olmasından sonra Kassam ünsürləri hərəkətə keçdi və əsgərlərin bölgədən çəkilməsini təmin etdi. Toqquşmalar nәticәsindә 7 fәlәstinli şәhid oldu vә bir İsrail әsgәri öldürüldü.



Әlaqәli Xәbәrlәr