Vladimir Putin Binyamin Netanyahu ilә görüşüb

Rusiya Prezidenti Vladimir Putin ilә İsrail Baş naziri Binyamin Netanyahu Fransanın paytaxtı Parisdә görüşüblәr.

1085860
Vladimir Putin Binyamin Netanyahu ilә görüşüb

Rusiya Prezidenti Vladimir Putin ilә İsrail Baş naziri Binyamin Netanyahu Fransanın paytaxtı Parisdә görüşüblәr.

Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilә әlaqәdar keçirilәn tәdbir münasibәtilә Parisә sәfәr edәn Vladimir Putin vә Binyamin Netanyahu bir müddәt söhbәt edib.

Putin və Netanyahu sentyabr ayında Suriyada Rusiyaya mәxsus  hərbi təyyarənin vurulmasından sonra  Təl-Әviv və Moskva arasında yaşanan gərginliyin ardından ilk dəfə təkbətək görüşüb.

Fransa prezidenti Emmanuel Makron tәrәfindәn Yelisey Sarayında tədbirə qatılan dünya liderlərinin şərəfinə verilәn ziyafәtdә bir araya gәlәn Putin ilə Netanyahunun görüşünün mahiyyəti ilә bağlı açıqlama verilmәyib.

Digər tərəfdən İsrail mətbuatının yaydığı xәbәrlәrә әsasәn,  Netanyahu Parisdə keçirdiyi mətbuat konfransında Putin ilə görüşməsinə toxunaraq önәmli görüş keçirdiklәrini deyib.

Baş nazir Binyamin Netanyahu  keçən ay verdiyi açıqlamada Putin ilə yaxın bir zamanda  görüşəcəyini bildirsә dә,  İsrail Dövlət televiziyası Suriyada baş verәn hadisә ilә bağlı  Təl-Әviv ilə Moskva arasında yaşanan  gərginliyin davam etməsi səbəbindən Parisdə keçirilməsi planlaşdırılan Netanyahu-Putin görüşünün ləğv edildiyini bildirmişdi.

Kremlin mәtbuat katibi  Dmitri Peskov isə iki lider arasındakı görüşün ləğv edilməsi ilә bağlı yayılan informasiyalara "Bu görüş heç planlaşdırılmayıb ki ləğv olsunsun" şəklində cavab vermişdi.

Rusiyaya məxsus İl-20 hərbi təyyarəsinin  sentyabrın 12-dә Bəşşar Əsəd rejiminə aid S-200 havadan müdafiə sistemi tərəfindən vurulmasından sonra  Təl-Әviv ilə Moskva arasında gәrginlik yaşanmışdı.

Rusiya rəsmiləri  Lazkiye şəhərində rejimə aid bir anbara hava hücumu təşkil edən İsrailə aid F-16 döyüş təyyarələrinin  Rusiyaya mәxsus İl-20 qırıcısını  qalxan olaraq istifadə etdiyi üçün bu təyyarənin raketlәrin hәdәfi olduğunu irəli sürmüşdü.

İsrail rəhbərliyi isə Rus təyyarəsinin Bəşşar Əsəd rejiminə aid havadan  müdafiə sistemi tərəfindən vurulduğunu və hadisədən Suriya rejiminin məsul olduğunu irəli sürərək Rusiyanın açıqlamalarını  rədd etmişdi.

Rusiya bu hadisədən sonra Bәşәr Əsəd rejiminə  S-300 havadan  müdafiə sistemləri vermişdi.



Әlaqәli Xәbәrlәr