Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında bildirib.

1085806
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 31  nəfərə çatıb
california yangin uydu.jpg

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea verdiyi mәlumatda bildirib.

Mәlumata әsasәn, xilasedicilər ərazidə daha 8 nəfərin cəsədini tapıblar. Bundan əvvəl yanğında 23 nəfərin öldüyü bildirilirdi.

ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 40 min hektara yaxınlaşır. Alov 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hәmin meşә yanğını artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.



Әlaqәli Xәbәrlәr