İngiltәrәnin XİN rәhbәri Sәudiyyә Әrәbistanına sәfәr edib

Səudiyyə Ərəbistanı Kralı Salman bin Әbdülәziz ölәsinә sәfәr edәn İngiltәrә Xarici İşlәr naziri Ceremi Hunt ilә Orta Şәrqdәki proseslәri müzakirә edib.

1086422

Sәudiyyә Әrәbistanın rәsmi xәbәr agentliyi SPA-nın yaydığı xәbәrә әsasәn, Kral Salman ölkәsinә rәsmi görüşlәr keçirmәk üçün sәfәr edәn Ceremi Hunu ölkәnin paytaxtında yerlәşәn Әl-Yamamә Sarayında qәbul edib.

Görüşdә ikitәrәfli әlaqәlәr vә iki ölkә arasındakı әmәkdaşlıq ilә yanaşı bölgәdәki proseslәrin müzakirә olunduğu qeyd olunub.

İngiltәrә Xarici İşlәr naziri Ceremi Hunun Sәudiyyә Әrәbistanına etdiyi sәfәr jurnalist Camal Xaşoqçi cinayәtindәn sonra İngiltәrәdәn bu ölkәyә edilәn  yüksәk sәviyyәli sәfәr xüsusiyyәti daşıyır.

Ceremi Hunun  Sәudiyyә Әrәbistanına sәfәr etmәsindәn  әvvәl  Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada  Hunun keçirәcәyi görüşlәrdә  Camal Xaşoqçi cinayәtini  gündәmә gәtirәcәyi vurğulanmışdı.   

 ‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.

Әlaqәli Xәbәrlәr